Azərbaycan bu sahələrdə İsraillə yeni müqavilələr imzalayacaq – Siyahı

11:23 - 5.04.2022


5 aprel, Fineko/abc.az. Azərbaycan su təsərrüfatı sahəsində əməkdaşlıq haqqında İsrailin "Mekorot” dövlət şirkəti ilə, həmçinin gömrük vergi məlumatları sistemlərinin yenilənməsi sahəsində yeni müqavilələr imzalayacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, imzalanma mərasimi İsrailin turizm naziri və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Konstantin Razvozovun Bakıya başlamış səfəri çərçivəsində keçiriləcək.

Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri və hökumətlərarası komissiyanın rəhbəri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, turizm şirkətlərinin rəhbərləri ilə görüşəcəyi gözlənilir. Aprelin 7-də İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu hadisənin şərəfinə keçiriləcək rəsmi tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin turizm naziri Konstantin Razvozov iştirak edəcəklər.

Вся лента