AZAL və "Buta Airways" birlikdə iki ayda 365 min sərnişin daşıyıb - Hesabat

17:03 - 11.04.2022


11 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 365 min sərnişin daşıyıb.

ABC.AZ bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, bunun 279 mini AZAL-ın özünün, 86 mini isə "Buta Airways"in payına düşüb.

Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının müvafiq olaraq 40 %-ni və 12 %-ni təşkil edib.

Вся лента