Azərsu: Cari ildə elektron xidmətlərlə bağlı 173 min müraciət qeydə alınb

16:34 - 14.04.2022


14 aprel, Fineko abc.az. 2012-ci ildən başlayaraq “Azərsu” ASC tərəfindən  həyata keçirilən elektron xidmətlərin əhatə dairəsi və istifadə sayı ildən-ilə artır.

ABC.AZ xəbər verir ki, cari ilin yanvar-mart aylarında vətəndaşlar tərəfindən müxtəlif elektron xidmətlərlə bağlı 173 min müraciət qeydə alınaraq icraya yönləndirilib. Ən çox müraciət “Su borcunun internet vasitəsilə öyrənilməsi”, "Elektron müraciət" və "Elektron faktura" xidmələri üzrə qeydə alınıb.

Ümumilikdə xidmətlər istifadəyə veriləndən indiyədək vətəndaşlar tərəfindən 1 milyon 847 min müraciət edilib.

Vətəndaşlar www.e-gov.az  Elektron Hökumət Portalı və www.azersu.az saytı vasitəsilə xidmətlərdən yararlana bilərlər.

Qeyd olunur ki, Hazırda “Azərsu” ASC tərəfindən 19 adda elektron xidmət göstərilir.

 

Вся лента