Tayvanda karantini pozan şəxs 51 min dollar cərimələndi

12:08 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Tayvanın şimalında 18 yaşlı gənc karantin qaydalarını pozduğuna görə 1,5 milyon Tayvan dolları (51,5 min dollar) həcmində cərimə olunub.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, koronavirus testi müsbət çıxan gənc ev şəraitində nəzərdə tutulan 10 günlük karantin rejimini pozub.

Belə ki, o, həftəsonu evi tərk edərək dostları ilə basketbol oynamağa yollanıb. Bildirilir ki, bu, pandemiya ərzində Tayvanda qeydə alınan rekord həcmdə cərimədir.

Вся лента