Quru sərhədlərimiz açılsa turist axını 2 dəfədən çox artacaq - Əhməd Qurbanov

10:20 - 20.04.2022


20 aprel, Fineko/abc.az. “Azərbaycan tezliklə quru sərhədlərini açmalıdır. Bu olsa, ölkəyə turist axını 2 dəfə artar. Turistlər təkcə bayram günlərində deyil, adi günlərdə də ölkəmizə səfər edərlər”.

ABC.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında “Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Onun fikrincə, quru sərhədlərinin bağlı olması bütün ölkələrdən, o cümlədən müsəlman ölkələrindən Azərbaycana turist axınının qarşısını alır.

“Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ildən bütün dünyada turistlərin sayında ciddi azalma baş verdi. Ötən il və bu il turist sayında artım olsa da, göstəricilər hələ ki, 2019-cu ilin səviyyəsinə çatmayıb. Mərhələli şəkildə sərhədlər açıldıqca turistlərin də sayı artacaq və əvvəlki rekordları görmək imkanımız olacaq. Hazırda ölkəmizə turistlər bayramlarda, özəl günlərdə və yay mövsümündə gəlir. Qarşıdan Ramazan və Qurban bayramlarının gəldiyini, onların da müsəlman dünyasının müqəddəs bayramları olduğunu nəzərə almalıyıq. Müsəlmanlar bu bayramları yüksək səviyyədə qeyd edir, həmçinin digər ölkələrə səfər edirlər", - deyə Ə.Qurbanov əlavə edib.

Вся лента