Bu market 250 işçi axtarır - Vakansiya

17:11 - 20.04.2022


20 aprel, Fineko/abc.az. "Al Market" mağazalar şəbəkəsi 250-ə yaxın şəxsi Bakı şəhəri ərazisində yerləşən mağazalarında işlə təmin edəcək.

ABC.AZ xəbər verir ki, vakansiyadan yararlanmaq istəyənlər 22 aprel tarixində Azərsun Mədəniyyət Mərkəzində keçiriləcək növbəti "Açıq Qapı" gününə qatılmalıdırlar. Verilən məlumata görə Bakıda yerləşən mağazalara rayonlar üzrə aşağıdakı sayda işçi qəbulu nəzərdə tutulur:

Sabunçu r.nu (Zabrat, Maştağa, Pirşağı, Bilgəh) – 20 nəfər;

Nizami r.nu (Qarayev, Neftçilər, Xalqlar) – 10 nəfər;

Xətai r.nu (Əhmədli, Günəşli, Zığ qəs.) – 10 nəfər;

Nərimanov r.nu (Gənclik m., Keşlə qəs., Montin) – 20 nəfər;

Suraxanı r.nu (Yeni Suraxanı, Hövsan, Əmircan, Ramana qəs.) – 15 nəfər;

Abşeron r.nu (Masazır, Xırdalan, Müşfiqabad, Sulutəpə, Qobu) – 30 nəfər;

Səbail r.nu (Bayıl, Badamdar), Yasamal r.nu (Yeni Yasamal, Şərifzadə) – 30 nəfər;

Nəsimi r.nu (1-9 mkr., 28 May ) Binəqədi r.nu (Azadlıq, Rəsulzadə qəs., Biləcəri) – 30 nəfər;

Xəzər r.nu (Şağan, Şüvəlan, Mərdəkan, Buzovna, Binə qəs.) – 30 nəfər;

 

Вся лента