"Instagram" istifadəçiləri üçün yenilik hazırlayıb - Təfərrüat

17:19 - 27.04.2022


27 aprel, Fineko/abc.az. "Instagram"ın rəhbəri Adam Mosseri fotoservisdə reallaşdırılacaq bəzi yeniliklər barəsində məlumat verib.

ABC.AZ xarici KİV-ə istinadən bildirir ki, reallaşdırılacaq yeniliklərdən ən vacibi isə orijinal kontentlərin aktiv şəkildə irəli çəkilməsi ilə bağlıdır.

Bu isə o deməkdir ki, həmin dəyişikliklərdən ən vacibinin əsas hədəfi Instagram "Reels"də repost olunan TikTok videoları olacaq.

Meta şirkəti artıq aydın şəkildə qeyd edir ki, o, Facebook ilə "Instagram"ı ilk növbədə dostlarla ünsiyyət vasitəsi kimi qəbul etmir. Şirkət sözügedən platformaları ilk növbədə kontent yaradıcılarına hədəflənmiş əsas platformalar kimi qəbul edir.

Вся лента