Bank Respublika 30 yaşı münasibətilə mikro kredit faizlərində 30% endirim elan edib

11:32 - 6.05.2022


6 may, Fineko abc.az.  Bu il 30-cu ildönümünü qeyd edən Bank Respublika, sahibkarlar üçün mikro və aqro kreditlər üzrə yeni kampaniyaya start verib.

Belə ki, kampaniya çərçivəsində Bank Respublikaya müraciət edən iş adamları, mikro və aqro kredit faizlərində 30% ENDİRİM əldə edə biləcək!

İyun ayının 17-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən sahibkarlar mikro və aqro kreditləri aşağıdakı şərtlərlə əldə etmək imkanı qazanacaq:

  • Faiz dərəcəsi – min. 10%;
  • Məbləğ - 50.000 AZN;
  • Müddət - 36 ayadək;
  • Komissiya – 0%;
  • Zamin – tələb olunmur;
  • Güzəşt müddəti – 9 ayadək.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

"Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Вся лента