"Pilot Residence" MTK dövlətə borcunu ödəmir - Şirkətin 753 min manat vergi borcu var

16:13 - 6.05.2022


6 may, Fineko/abc.az. "Pilot Residence" MTK Yaşayış Kompleksinin külli miqdarda vergi borcu yaranıb.

ABC.AZ Kriminalqafqaz-a istinadən xəbər verir ki, şirkət 753 min manat vergi borcunu dövlətə ödəməkdən imtina edib. Buna görə də Dövlət Vergi Xidməti MTK-nı məhkəməyə verib.

İddia təmin olunarsa borc şirkətin əmlakları müsadirə olunaraq ödəniləcək.

Qeyd edək ki, şirkətin rəhbəri Emil Tağıyev Arif oğludur. "Pilot Residence" Bakıda iki böyük yaşayış kompleksina sahibdir.

Вся лента