“Akkord Hydrotechnical Construction Company”nin külli miqdarda borcu yaranıb 

10:19 - 17.05.2022


17 may, Fineko/abc.az. "Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət qarşısında külli miqdarda vergi borcunun olduğu məlum olub.

ABC.AZ yerli KİV-ə istinadən xəbər verir ki, Bakının Nərimanov rayonu, Teymur Əliyev küçəsi k 59. (İndiki Məmməd Araz) ünvanında qeydiyyatda olan şirkətin hazırda vergi borcu 2 122 041.59 manat təşkil edir. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab sutəmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir. Eyni zamanda şirkətlər qrupuna daxil olan “Akkord Tekstil” MMC-nin 103 400.06 manat, “Körpü-Tünel Tikinti” MMC-nin də 269 274.31 manat vergi borcu mövcuddur.
Bundan başqa, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin özü də məhkəməlik olub. Belə ki, sözügedən qurum Nərimanov Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ittiham olunur.

Вся лента