“Koroğlu” NMM-də ödəmə terminalının yerində iaşə obyekti peyda olub

15:55 - 18.05.2022


18 may, Fineko/abc.az. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ödəmə terminalları yerləşdiyi məntəqədən çölə çıxarılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, yaxın günlərdə həmin məntəqənin yerində iaşə obyekti fəaliyyətə başlayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə yerli KİV-də məlumat verilib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev ödəmə terminallarının yerinin dəyişdirildiyini təsdiqləyib.

O qeyd edib ki, avadanlıqlar məntəqə daxilində həddindən artıq qızdığı üçün oradan çıxarılıb: “Bu yerdəyişmə də sərnişinlərimiz üçün hər hansı çətinlik yaratmayıb. Əvvəlki ödəmə məntəqəsinin yerində isə iaşə obyekti olacaq. Burda hər hansı qeyri-adi bir məsələ yoxdur. Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görə bilərik. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir. Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri məsələni fərqli formada təqdim edərək manipulyasiyalar edirlər”.

Вся лента