Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanmasına 440 min manat xərclənəcək

15:48 - 19.05.2022


19 may, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bir müddət əvvəl elan edilmiş tenderə yekun vurub.

ABC.AZ-ın məlumatına görə, tender Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması ilə bağlıdır.

Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında qeyd edilib. Tenderin qalibi “Chapman Taylor LLP” şirkətidir.

Qalib şirkətə 440 min manat ödəniləcək.

Вся лента