Azərbaycanla İran arasında yeni sazişlər imzalanacaq - Detallar

15:24 - 20.05.2022


20 may, Fineko/abc.az. Yaxın zamanda Azərbaycan və İran arasında Xəzər dənizinin neft və qaz yataqlarının işlənilməsi sahəsində yeni sazişlər imzalanacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu hazırda İranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə İranın neft naziri Cavad Övci bildirib.

Onun sözlərinə görə, bununla bağlı ilkin danışıqlar aparılıb və iki ölkənin ekspert nümayəndə heyətləri danışıqları davam etdirir.

O bildirib ki, tərəflər regionun digər ölkələrindən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsində əməkdaşlıq haqqında da razılığa gəliblər.

Ş. Mustafayev isə öz növbəsində bildirib ki, Azərbaycan və İran dost və qonşu dövlətlərdir: “İranın neft naziri ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. Biz enerji sektorunda bir sıra yeni layihələri müzakirə etdik və inanıram ki, yeni sənədlər yaxın vaxtlarda imzalanacaq”.

Вся лента