İqtisadiyyat nazirliyi 3 istiqamət üzrə ssenari hazırlayıb

15:17 - 25.05.2022


25 may, Fineko/abc.az. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib.

ABC.AZ-ın məlumatına görə, müzakirələr zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova artıq 3 istiqamət üzrə ssenari hazırlandığını deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyinin hazırladığı bu ssenarilər Milli Məclisə təqdim edilmir, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunur: “Həm neftin qiyməti, həm iqtisadi artımlar, həm inflyasiya, həm xarici şoklar üzrə ssenarilər hazırdır. Azad olunmuş ərazilərin iqtisadiyyata təsiri də bu sıradadır. Bu təsirləri bu az müddətdə real qiymətləndirmək çətindir. Biz iki ay ərzində bunun üzərində işləmişik”.

Вся лента