“Buta Farm” apteklər şəbəkəsi məhkəməyə verildi

09:58 - 26.05.2022


26 may, Fineko/abc.az. “Buta Farm” apteklər şəbəkəsi barəsində məhkəmə iddiası qaldırılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə yerli mətbuatda bildirilib.

Qeyd edilib ki, aptek rəhbərliyi sertifikasiyadan keçməyən işçiləri tibb və əczaçılıq fəaliyyətinə buraxmaqda təqsirli bilinir.

Dövlət Əmək Müfəttişliyi tərəfindən “Buta Farm” barəsində yazılan cərimə protokolu baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin icraatına verilib. İddia təsdiqini taparsa, “Buta Farm” 8 min manatadək cərimə cəzası gözləyir.

Вся лента