Qlobal iqtisadiyyatda tənəzzül görsənir - Proqnoz

10:10 - 26.05.2022


26 may, Fineko/abc.az. Dünya Bankının prezidenti Devid Malpas Ukraynadakı vəziyyətlə əlaqədar qlobal iqtisadiyyatda tənəzzülü istisna etmir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, D.Malpas bu halın qlobal ÜDM-ə mənfi təsir göstərəcəyini qeyd edib.

O, vəziyyətin Rusiya və Ukrayna xalqları üçün "pis" olacağına, lakin təsirin bu iki ölkənin hüdudlarından kənara çıxacağına diqqət çəkib.

Belə ki, o qeyd edib ki, taxıl tədarükündə fasilələr özünün taxıl ehtiyatına malik olmayan Livana təsir edəcək.

Onun sözlərinə görə, digər ölkələrin də artıq kənd təsərrüfatı sektorunda yavaşlama hiss edilir.

Qlobal tənəzzülün başqa bir səbəbini də Rusiyanın Avropaya enerji təchizatının azalmasında görən Dünya Bankı rəhbərinin fikrincə, bu dünyanı aclıq və yoxsulluqla təhdit edir.

 

Вся лента