Rusiya Mərkəzi Bankı faizləri aşağı saldı

11:51 - 26.05.2022


26 may, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı növbədənkənar iclasında əsas uçot dərəcəsini birdən-birə 3 faiz bəndi aşağı salıb.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bank faizini 11%-ə endirib.

"Rusiya Bankının Direktorlar Şurası 2022-ci il mayın 27-dən əsas dərəcəsini 3 bənd azaldaraq illik 14%-dən 11%-ə endirmək qərarına gəlib. Son həftəlik məlumatlar cari qiymət artım templərinin əhəmiyyətli dərəcədə yavaşladığını göstərir” - Rusiya Mərkəzi Bank qeyd edir.

 

Вся лента