Tarixin ən zəngin insanları - Siyahı

11:19 - 31.05.2022


31 may, Fineko/abc.az. Bəşəriyyətin ən zəngin adamlarının varidatı və adları məlum olub. Onları zənginlərin ən zəngini də adlandırmaq olar.

ABC.AZ həmin zənginləri sizə təqdim edir.

10. Kornelius “Komandir” Vanderbilt

O, ABŞ tarixinin ən zəngin ailələrindən birində doğulub. Onun 185 milyard dollardan çox sərvətə sahib olub.

9. Henri Ford

H.Ford məşhur "Ford" avtomobilinin sahibi idi. Henri Fordun vəfat etdiyi zaman sərvəti təxminən 199 milyard dollar idi.

8. Müəmmar Qəddafi

Qırx ildən artıq hakimiyyətdə olan Liviyanın məşhur diktatoru öldüyü zaman 200 milyard dollarlıq sərvətə sahib idi.

7.  I Vilhelm Fateh

Normandiya hersoqunun sərvətinin 230 milyard dollarlıq sərvəti olub.

6. Osman Əli Xan

Altıncı yerdə Heydərabad Knyazlığının hökmdarıdır. Onun xəzinəsində 100 milyon dollar dəyərində qızıl, 500 milyon dollar dəyərində digər zinət əşyaları və parkında ən son “Rolls-Royce” avtomobilləri var idi.

5. II Nikolay

Rusiya imperiyasının sonuncu imperatoru 20 ildən çox hakimiyyətdə olub. Onun sərvəti təxminən 300 milyard dollar idi.

4. Endryu Karneqi

Məşhur polad maqnatı. Bu gün onun sərvəti təxminən 310 milyard dollar səviyyəsində qiymətləndirilir.

3. Con Devison Rokfeller

Adı artıq böyük sərvətlərin mənasını verən bir şəxsdir. O dollar milyarderi olub və 340 milyard dollarlıq sərvətə sahib idi.

2. Rotşildlər ailəsi

Bu məşhur ailənin ümumi sərvəti 350 milyard dollardır.

1. Mans Musa

Mans Musa tarixin ən zəngin adamı olub. Onun 400 milyard dollarlıq sərvəti olduğu bildirilir.

Müəllif: Elmir Murad

Вся лента