“Azərsu” rəhbərliyi Oğuzda vətəndaşları qəbul edəcək

15:17 - 6.06.2022


6 iyun, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 14 iyun 2022-ci il tarixində Oğuz şəhərində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Oğuz Olimpiya İdman Kompleksində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Oğuz və Qəbələ Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Вся лента