“TBC Kredit” BOKT MMC-nin istiqrazlarına 6 investor maraq göstərib

07.06.2022,16:13


7 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 təqvim ili olan  AZ2005019164 dövlət qeydiyyat nömrəli, 1 mln AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmıb.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. İstiqrazın hərrac qiyməti 1000 AZN müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 12 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. Notların ödəmə tarixi 07.06.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.