Yanacağını dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir - AZAL yenə tənqid edildi

14:15 - 17.06.2022


17 iyun, Fineko/abc.az. Deputat Tahir Kərimli aviabiletlərin qiymətlərinin çox yüksək olmasından şikayət edib.

ABC.AZ xəbər verir ki, Milli Məclisdə çıxışı zamanı region ölkələri ilə müqayisədə Azərbaycanda qiymətlərin  bir neçə dəfə artıq olduğunu bildirib:

“Naxçıvana biletlərin qiyməti artdı. Yanacağını dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı otuzdurmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda otuzdurdular. İndi ər-arvad gedəndə onlar yanaşı otuzdurmaq üçün pul alacaqlar?. Söz deyəndə deyirlər ki, kommersiyadır. İstəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq? Bizim başqa şirkətimiz var? Bu nə biabırçılıqdır? 

Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Baxsınlar dünyaya, regiona, xalqın şəraitinə”.

Вся лента