"Kontakt Home" müştərinin krediti tam ödəmədiyini iddia edir - Jurnalist isə şirkətdən hesabat ala bilmir

17:16 - 22.06.2022


22 iyun, Fineko/abc.az. "Ətrafımdakı dostlar, tanışlar "Kontakt Home"dan heç vaxt, heç nə alma deyirdilər, amma qulaq asmadım. Həytımda ilk dəfə kreditə telefon götürdüm, onda da ortaya problem çıxdı".

Bunu tanınmış jurnalist Elmir Muradov özünün şəxsi facebook səhifəsində yazıb.

Media nümayəndəsi daha sonra bunları qeyd edib: "Deməli, ötən il iyulun 18-də götürdüyüm kreditin əksər vaxtlar ödənişini daha tez, daha çox ödəyirdim ki, məbləğ tez bitsin, canım da qurtarsın. Axırıncı dəfə "Paypoint"dən 32 manat ödədim, kreditimin bitdiyini sanırdım. Amma şirkət iddia edir ki, bitməyib. Tərslikdən də çekləri saxlamamışam. Məbləği ödəməyinə-ödəyəcəm, çünki özü yıxılan ağlamaz. Vaxtında dostların sözünü dinləsəydim belə də olmazdı. Sadəcə indi "Kontakt Home"-dan ödədiklərimi yazılı formada mənə təqdim etmələrini istəyirəm, verə bilmədiklərini bildirirlər". Jurnalist düşünür ki, hesabatı təqdim etməyən şirkət bunu etməklə nəyisə gizlədir. "Mən də deyirəm əgər şəffafsınızsa, aldatmırsınızsa niyə ödəniş kağızını təqdim etmirsiniz, nədən çəkinirsiz?. Susurlar, susurlarsa deməli bundan sonra ordan nəsə almaq lazım deyil" deyə jurnalist qeyd edib.

Вся лента