Yaşamaq üçün ən yaxşı və ən təhlükəli şəhərlər - Siyahı

23.06.2022,14:22


23 iyun, Fineko/abc.az. Avstriyanın paytaxtı Vyana şəhəri yaşayış səviyyəsi baxımından dünyanın ən cəlbedici şəhəri seçilib.

ABC.AZ xəbər verir ki, adıçəkilən şəhər 2021-ci ildən bu yana 12 pillə yüksəlib.

Xatırladaq ki, ötən il lider Yeni Zelandiyanın Oklend şəhəri olub.

Reytinqdə ikinci yeri Danimarkanın paytaxtı Kopenhagen, üçüncü yeri İsveçrənin Sürix və Kanadanın Kalqari şəhərləri tutub. İlk onluğa həmçinin Cenevrə, Frankfurt, Vankuver, Toronto, Amsterdam və Osaka daxil olub.

Qeyd edək ki, yaşamaq üçün ən yaxşı şəhərlər siyahısında sonuncu yeri Suriyanın paytaxtı Dəməşq tutub. Axırıncı sıralarda həmçinin Nigeriyanın Laqos və Liviyanın Tripoli şəhərləri yer alıb.