Türkiyə turizm firmalarının Azərbaycana marağı böyükdür - Tolqa Gəncər

23.06.2022,14:35


23 iyun, Fineko/abc.az. Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TÜRSAB) olaraq Azərbaycanla turizm sahəsində çalışmaqda maraqlıyıq.

ABC.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında TÜRSAB idarə heyətinin üzvü Tolqa Gəncər deyib.

Onun sözlərinə görə, daha çox turistin gediş-gəlişini təmin etmək üçün hava reyslərinin artırılması məqsədəuyğundur.

"Türkiyə turizm firmalarının Azərbaycana marağı böyükdür. Xüsusilə də Azərbaycanın işğaldan azad etdiyi torpaqlara səfərlərin təşkili üçün səbirsizlənirlər. Azərbaycanın işğaldan azad edilən torpaqlarında turizmin bərpasından sonra Türkiyədən Azərbaycana gələn turistlərin sayında dörd dəfədən çox artım ola bilər", - deyə o qeyd edib.