Rusiyanın 3 tankeri yoxa çıxdı

23.06.2022,15:31


23 iyun, Fineko/abc.az. Son 10 gün ərzində azı 3 Rusiya neftini daşıyan tankerlər radarlardan yoxa çıxıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nüfuzlu agentliyin məlumatına görə, son dəfə gəmilər Azor adalarının yaxınlığında müşahidə edilib. Bundan başqa, Asiyaya üzən tankerlərin də radarlardan itdiyi məlum olub.

Güman edilir ki, Rusiyaya qarşı çoxsaylı sanksiyaların tətbiq olunduğu bir zamanda bəzi alıcılar bu ölkədən neft satınalması faktını gizli saxlamağa çalışır.