Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

23.06.2022,16:21


23 iyun, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı faiz qərarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, qardaş ölkənin əsas Bankı faiz dərəcəsini 14% səviyyəsində sabit saxlayıb.

Qərarda zəruri hallarda əlavə tədbirlərin görüləcəyi barədə məlumat da yer alıb.

Türkiyəli iqtisadçılar faiz qərarı ilə bağlı fikirlərini açıqlayıb.

Ekspertlər qeyd edib ki, faiz dərəcəsinin sabit saxlanılması ən adekvat qərardır.

Müəllif: Elmir Murad