"Nike" Rusiyanı tərk edir - Müqavilədən imtina etdilər

23.06.2022,17:16


23 iyun, Fineko/abc.az. Amerikanın idman geyimləri və ayaqqabıları istehsalçısı "Nike" Rusiyadan son olaraq geri çəkildiyini elan edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət artıq Rusiyada "Nike" məhsullarının distribütoru olan Inventive Retail Group ilə françayzinq müqaviləsini yeniləməkdən imtina edib.

Qeyd edək ki, martın əvvəlində brend müştərilərə mallarının çatdırılacağına zəmanət verə bilmədiyi üçün Rusiya Federasiyasında da onlayn satışı dayandırıb.

Buna baxmayaraq, françayzinq hüququ olmayan "Nike" mağazaları fəaliyyətini davam etdirirdi.