Laçın dəhlizi Azərbaycana təhvil veriləcək - Paşinyan

09:58 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq.

ABC.AZ xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə Ermənistan mətbuatına bildirib.

O qeyd edib ki, Ermənistan hazırda rusiyalı tərəfdaşları ilə danışıqlar aparır: “Belə ki, dəhliz rusiyalı sülhməramlıların tam nəzarəti altında olmalıdır”.

Paşinyan bildirib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.

Вся лента