"PAŞA Bank"ın mənfəəti azalıb - 10 faizdən çox kiçilmə var

15:46 - 28.06.2022


28 iyun, Fineko/abc.az. "PAŞA Bank" qrupu 2021-ci ildə mənfəətinin azaldığını elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə bank rəhbərliyinin keçirdiyi mətbuat konfransında bildirilib.

Bankın idarə heyətinin sədri Cavid Quliyev bildirib ki, "PAŞA Bank" qrupu 2021-ci ili 74 milyon 932 min manat xalis mənfəətlə başa vurub.

Bu 2020-ci illə müqayisədə 10,8% azdır. Qeyd edək ki, maliyyə təşkilatı 2020-ci ili 83 milyon 968 min manat xalis mənfəətlə tamamlamışdı.

Müəllif: Elmir Murad

Вся лента