Azərbaycanın Gürcüstanla sərhədini açacağına ümid edirik - Səfir

11:38 - 29.06.2022


29 iyun, Fineko/abc.az. "Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik".

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri bildirib.

O, həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Xatırladaq ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi "Buta Airways" də gündəlik yerinə yetirir.

Вся лента