Veysəloğlu Şirkətlər Qrupuna aid marketlərdə qiymətlət bu ay da bahalaşdı

14:07 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il iyun ayının qiymət indeksini açıqlayıb.

ABC.AZ xəbər verir ki, “Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin iyun ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin iyun ayına nisbətən 18,6% artım müşahidə edilib.

Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin iyun ayına nisbətən 21,4% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18,7% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 7,8% artım izlənilib.

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.

Вся лента