Asiyanın bu şəhərindən Bakıya ilk təyyarə yola düşüb

16:06 - 7.07.2022


7 iyul, Fineko/abc.az. Qazaxıstanın Aktobe hava limanından Bakıya “Qazaq Air” aviaşirkətinin ilk təyyarəsi yola düşüb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, yeni hava əlaqəsi iki ölkə arasında turizmin inkişafına və ikitərəfli əməkdaşlığın güclənməsinə imkan verəcək.

Bakıya uçuşlar Nur-Sultandan Aktobe vasitəsilə tranzitlə həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçirilir.

Əvvəllər həm Aktobedən, həm də Nur-Sultandan Azərbaycana müntəzəm uçuşlar həyata keçirilmirdi.

Uçuş iki saat çəkəcək. Bir tərəfə biletin qiymətinin 57 min tənqədən (202 manatdan) başladığı bildirilir.

Вся лента