Azərbaycan şirkəti Türkiyədə 17 milyard 567, İsveçrədə 44 milyard 625 milyon manat gəlir əldə edib

11:17 - 8.07.2022


8 iyul, Fineko/abc.az. 2021-ci ildə SOCAR Türkiyədəki əməliyyatlardan 17 milyard 567 milyon manat gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.

ABC.AZ xəbər verir ki, SOCAR-ın ötən il ərzində bütün gəlirlərinin 22,7%-i Türkiyədəki əməliyyatların payına düşüb.

Şirkət 2021-ci ildə gəlirinin böyük hissəsini İsveçrədəki fəaliyyətindən əldə edib. Bu məbləğ 44 milyard 625 milyon manat və ya şirkətin ümumi gəlirlərinin 57,6%-ni (artım 46,4%) təşkil edib.

Вся лента