SOCAR-ın ən çox gəlir əldə etdiyi ölkələrin siyahısı - Məbləğlər

11:28 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi SOCAR 2021-ci ilin maliyyə göstəriciləri barədə hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ildə SOCAR Azərbaycandakı əməliyyatlardan 7 milyard 804 milyon manat (artım 23,7%), BƏƏ-dəki əməliyyatlardan 2 milyard 937 milyon manat (artım 32,1%), Gürcüstandakı əməliyyatlardan 1 milyard 240 milyon manat (artım 18,7%), digər ölkələrdəki əməliyyatlardan isə 3 milyard 358 milyon manat (artım 1,7 dəfə) gəlir əldə edib.

2021-ci ildə SOCAR-ın satışdan gəlirləri 77 milyard 531 milyon manat (artım 56,3%) təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента