“Azercell Telekom” MMC abunəçilərinə müraciət etdi  

10:43 - 14.07.2022


14 iyul, Fineko/abc.az . “Azercell Telekom” MMC bütün abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarıclara reaksiya verməməyə çağırır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd edilib.

Açıqlamada bildirilib ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyəti yoxdur. "Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmamağı tövsiyə edir" deyə məlumatda bildirilir. 

Вся лента