“İnfipro İnc” şirkətinin dövlətə 5 min 308 manat 98 qəpik vergi borcu yaranıb    

16:24 - 14.07.2022


14 iyul, Fineko/abc.az. Vaxtı ilə sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovun rəhbərlik etdiyi “İnfipro İnc” şirkətinin (VÖEN-2002172991) dövlət büdcəsinə vaxtında ödənilməyən 5 min 308 manat 98 qəpik vergi borcu (13.07.2022-ci il tarixinə) var.

ABC.AZ Yeniavaz.com-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsində işləyən Eldar Abbasov 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda “40 Bloomsbury Way, London, WC1A 2SE” ünvanında “İnfipro Limited” adlı şirkət qeydiyyata aldırıb. Bu şirkət 2019-cu ildə ləğv olunub. 
Lakin maraqlıdı ki, 2011-ci ildə Azərbaycanda qeydiyyata alınan şirkət “İnfipro İnc” şirkətinin ölkəmizdəki nümayəndəliyi kimi qeydə alınıb. Eldar Abbasov Londonda qeydə alınan şirkətin direktoru, onun həyat yoldaşı Dünya Pirverdi isə katib olub. Dünya Pirverdi  “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin qızıdır.

Вся лента