“Azərsu” rəhbərliyi  Şəmkir şəhərində vətəndaşları qəbul edib

11:29 - 15.07.2022


15 iyul, Fineko/abc.az.  “Azərsu” ASC sədrinin birinci  müavini Teyyub Cabbarov 14 iyul 2022-ci il tarixində Şəmkir şəhərində Şəmkir  və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

ABC.AZ xəbər verir ki, qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından və Gəncə şəhərindən 47 nəfər iştirak edib. 

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC sədrinin birinci müavini T. Cabbarov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. 
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyacı olan müraciətlər nəzarətə götürülüb.

Вся лента