İcra nümayəndəsi Vilyam Hacıyevdən 6 milyon 600 min tələb edir  

15:32 - 15.07.2022


15 iyul, Fineko/abc.az . Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan qurumların nümayəndələri çıxış edib.

İmişli İcra Hakimiyyətinin nümayəndəsi çıxışında icra hakimiyyətinə dəyən 6 milyon 600 min 640 manat ziyanın ödənilməsini istəyib.

Bundan başqa, İmişli rayon Regional Mədəniyyət İdarəsinin nümayəndəsi 31 min 270 manat, DOST agentliyinin nümayəndəsi 134 min manat, İmişli rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi isə 67 min 830 manat zərərinin təqsirləndirilən şəxsdən tutularaq ödənilməsini tələb ediblər.

Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov deyib ki, müvəkkilinə verilən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməyib, eyni zamanda əksər şahidin ibtidai istintaq dövründə verdiyi ifadələr təsdiqini tapmayıb.

Вся лента