Azərbaycanda yeni müəssisə yaradılır - 800-dən çox iş yeri yaradılacaq

14:53 - 18.07.2022


18 iyul, Fineko/abc.az. "Azərbaycan Sənaye Korporasiyası" ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 mln.$ həcmində sərmayə qoyulması nəzərdə tutulur.

"Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminium sənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad

Вся лента