Son 10 ildə ölkə iqtisadiyyatı 15% böyüyüb

15:12 - 22.07.2022


22 iyul, Fineko/abc.az. Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunub.

Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft-qaz ümumi daxili məhsul isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 78,3 faiz artmasına nail olunub.

Bütün xəbərlər