Səudiyyə Ərəbistanı neft satışını rekord artıra bilər

17:01 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Asiyaya göndərilən neftdə rekord artım edə bilər. Lakin treyderlər bu artımın risk daşıdığını bildirirlər.

ABC.AZ xəbər verir ki, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının Asiyaya göndərilən xam nefti rekord qiymətə satacağı gözlənilir.

Bloomberg-in apardığı araşdırmaya görə, sentyabr ayı üçün Asiyaya çatdırılan “Arab Light” markalı neftin qiymətinin barel üçün 10,80 dollar olacağı ehtimal edilir.

Qlobal neft qiymətləri ABŞ-da tənəzzül riski qiymətləri, sərt pul siyasəti və Çinin Covid hadisələrini azaltma səyləri ilə 2020-ci ildən bəri ilk dəfə iyul ayını iki aylıq enişlə bağlamağa hazırlaşır.

Bütün xəbərlər