"Huawei" şirkəti Rusiyadakı onlayn mağazası vasitəsilə satışlarını dayandırıb

10:21 - 4.08.2022


4 avqust, Fineko/abc.az. Smartfon istehsalı və rabitə sahəsində texnologiyaların yaradılması üzrə ixtisaslaşan Çinin “Huawei” şirkəti avqustun 1-dən Rusiyada özünün “Vmall” onlayn mağazası və eyniadlı mobil tətbiqi vasitəsilə satışı dayandırıb.  Şirkət bu qərarın səbəbini açıqlamayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Huawei-nin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Qeys olunur ki, 2022-ci il avqustun 1-dən Moskva vaxtı ilə saat 10:00-dan etibarən Huawei rəsmi Vmall onlayn mağazasında, eləcə də Huawei Vmall mobil proqramında satışı dayandıracaq.

Bütün xəbərlər