Azərbaycanda daha 162 dövlət əmlakı obyekti özəlləşdirməyə çıxarılacaq

23.10.2017,13:13


Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərracların keçirilməsini davam etdirir.

Komitədən verilən məlumata görə, növbəti hərrac noyabr ayının 21-də keçiriləcək.

“Hərraca 162 obyekt, o cümlədən 25 səhmdar cəmiyyəti, 43 kiçik dövlət müəssisəsi və obyekt, 75 qeyri-yaşayış sahə və 19 nəqliyyat vasitəsi qoyulacaq”, - məlumatda belə deyilir.

Obyektlər haqqında daha  ətraflı informasiya aşağıdakı linkdə təqdim edilib:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2804