Yeddi ayda ÜDM istehaslı 6,2% artıb

09.08.2022,15:01


9 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında ölkədə 74 milyard 155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər veirir.

Bildirilib ki, ÜDM istehsalının 7,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi isə tikinti sahələrinin payına düşüb.