Almaniya səfirliyinin nümayəndələri "Azərkosmos"da olub

16:27 - 18.08.2022


18 avqust,Fineko/abc.az. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Hayko Şvarts və səfirliyin nümayəndələri Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

ABC.AZ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüş zamanı qonaqlara Azərkosmosun fəaliyyəti, Azərbaycanın peyk layihələri, telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykləri vasitəsilə həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə məlumat verilib. 

Görüşdə, həmçinin ölkədə kosmik sənayenin inkişafı istiqamətində Almaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Tərəflər kosmik sahədə mütəxəssislərin yetişdirilməsi üzrə təhsil proqramlarının inkişafından, o cümlədən elmi tədqiqat imkanlarından bəhs ediblər.

Bütün xəbərlər