Azərbaycana gətirilən smartfonlar 210 dollara rəsmiləşdirilir

17:34 - 24.08.2022


24 avqust, Fineko/abc.az. 2022-ci ilin 6 ayı ərzində Azərbaycana 23 milyon 313 min dollar dəyərində 111 401 ədəd smartfon idxal olunub.

ABC.AZ xəbər verir ki, 1 smartfonunun orta qiyməti 210 dollardan rəsmiləşdirilib.

Ölkəyə gətirilən smartfonların böyük hissəsi – 66,5 min ədədi Çindən gətirilib – ümumi dəyəri 13 milyon 8 min dollar. Vyetnamdan ümumi dəyəri 8 milyon 369 min dollar olan 36 576 ədəd, Hindistandan isə ümumi dəyəri 1 milyon 931 min dollar olan 8 315 min ədəd smartfon gətirilib. Çindən gətiriən smartfonların orta qiyməti 196 dollar, Vyetnamdan gətirilən smartfonların orta qiyməti 229 dollar, Hindistandan gətirilən smartfonların qiyməti isə 232 dollar təşkil edib. Müəllif: Elmir Murad

Bütün xəbərlər