"Mazda" şirkəti Rusiyanı tərk edir

16:46 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Yaponiyanın avtomobil istehsalçısı "Mazda" Rusiya bazarını tərk etmək qərarına gəlib.

ABC.AZ xəbər verir ki, Konsern Vladivostokda bu markalı avtomobillər istehsal edən birgə müəssisədəki payını tərəfdaşı olan Rusiyanın Sollers qrupuna verəcək.

Müvafiq saziş oktyabrın 24-də imzalanıb, bu barədə Mazda-nın II rüb üzrə maliyyə hesabatında deyilir. Müqavilə simvolik olaraq 1 avro dəyərində qiymətləndirilib.

Eyni zamanda, yapon şirkətinin üç il ərzində payı geri almaq imkanı var. Rusiya bazarından çıxışla bağlı konserni 12 milyard yen (82 milyon dollar) itki gözləyir.

Bütün xəbərlər