Faiz artırmaq hələ tezdir – Avropa Mərkəzi Bankının rəsmisi

25.11.2022,12:05


25 noyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü İzabel Şnabel faiz artırmağı yavaşlatmağın tez olacağını bildirib.

ABC.AZ-ın məlumatına görə, İ.Şnabel bunu inflyasiyanın hələ də yüksək olduğu bir mühitdə etməyin düzgün olmadığını hesab edir.

O, inflyasiyanın Avrozona iqtisadiyyatını hələ də təhdid etdiyini, ona görə də faiz artırmağa davam etmək lazım olduğunu bildirib.

Oktyabrda Avrozonada inflyasiya rekord həddə - 10,6%-ə çatıb. Guindos inflyasiyanın gələn ilin birinci yarısından etibarən azalmağa başlayacağını bildirib.

Müəllif: Elmir Murad