Ötən il Türkiyədə 30 min proqamçı ölkəni tərk edib

28.11.2022,15:56


28 noyabr, Fineko/abc.az. Türkiyədə 2021-ci ildə 30 min proqramçı xaricə gedib.

ABC.AZ xəbər verir ki, Türkiyə Proqram İstehsalçıları Assosiasiyasının (YASAD) sədri Gönül Kamal bildirib və qeyd edib ki, bu rəqəm 100 minə yüksələ biləcəkb.

Onun sözlərinə görə, aşağı əmək haqqı və uzun iş saatları proqramçıların xaricə üz tutmasının ən mühüm səbəbləridir.

Gönül Kamalı, “Türkiyədə bir proqram təminatı hazırlayan şirkət 1000 dollara yeni məzun olmuş bir proqramçı işlətmək üçün maliyyə gücü tapa bilmədiyi halda, proqram tərtibatçıları ABŞ və Avropada ən azı 2500 dollar maaş ilə işə başlayırlar”, - deyib.