Ukrayna Milli Bankı uçot dərəcəsini 25% səviyyəsində saxlayıb

09.12.2022,10:04


9 dekabr, Fineko/abc.az.  Ukrayna Milli Bankı  uçot dərəcəsinin 25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

ABC.AZ-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bununla Ukrayna tənzimləyicisi 2022-ci ilin iyununda müəyyən edilmiş məzənnəni saxlamaq qərarına gəlib.

UMB-nın açıqlamasında deyilir ki, belə bir qərar “pul köçürmələrinin gücləndirilməsinə, məzənnə sabitliyinin qorunmasına və 2023-cü ildə inflyasiyanın tədricən azaldılmasına” töhfə verəcək. Eyni zamanda, Milli Bankın məlumatına görə, Ukraynada oktyabrda inflyasiya illik ifadədə 26,6%-ə qədər sürətləndi. Noyabr ayı üzrə məlumat verilməsə də, inflyasiyanın ötən ay da artmaqda davam etdiyi bildirilir.

Ukrayna tənzimləyicisi inflyasiyanın erkən yavaşlamasını gözləmir və qeyd edir ki, bu, "2023-2024-cü illərdə UMB-nın 5%-lik hədəfini əhəmiyyətli dərəcədə aşacaq". Belə bir şəraitdə, Milli Bank bildirib ki, iqtisadiyyatın işləməsi üçün "beynəlxalq maliyyələşdirmənin kifayət qədər və ritmik axını" şərti olaraq qalır.

Büdcə kəsirini ödəmək üçün Ukrayna 2023-cü ildə Avropa İttifaqından 18 milyard avro, ABŞ-dan isə 10 milyard dollar almağı planlaşdırır.